Verilən pula qane olmadı, müqaviləyə imza atmadı, getdi

22 Yanvar 2022 11:40 Sumqayıt 1 071
Verilən pula qane olmadı, müqaviləyə imza atmadı, getdi

Antalyada təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” baxışa gələn Reza Aliyari ilə anlaşmayıb.

27 yaşlı cənubi azərbaycanlı “gənclik şəhəri” təmsilçisinin heyətində bir oyunda meydana da çıxıb.

Mərkəz müdafiəçisi Almaniyadan "Berliner AK"a qarşı matçda çıxış edib.

"Kimyaçılar" onu saxlamağa həvəs göstərsə də, qarşı tərəfi maliyyə şərtlərində razı sala bilməyib. Son 6 ayda klubsuz qalmış arxa xətt oyunçusu daha çox yüksək maaş tələb etdiyindən, anlaşma baş tutmayıb.

O, son olaraq “Havadar”da çıxış edib. Müdafiəçi karyerası ərzində ümumilikdə 144 matçda meydana çıxıb və 4 qol vurmağı bacarıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"