Azərbaycan klubu “Arsenal”a getmiş futbolçusunu baxışa gətirdi

21 Yanvar 2022 16:40 Sumqayıt 3 067
Azərbaycan klubu “Arsenal”a getmiş futbolçusunu baxışa gətirdi

“Sumqayıt” Antalyada təlim-məşq toplanışını davam etdirir.

“Kimyaçılar”ın düşərgəsinə yeni futbolçu qoşulub.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Emin Safixanov baxışa cəlb olunub. 22 yaşlı sol cinah müdafiəçisi karyerası ərzində “Arsenal” (Kiyev), “Zarya”, “Metallist” və “Çayka”da çıxış edib.

Onun son komandası “Girnik-Sport” olub. Emin bu mövsüm Ukraynanın ikinci liqasında 15 matçda meydanda olub.

Müdafiəçi bu qarşılaşmalarda 1 assistlə yadda qalıb. 180 sm boya malik futbolçu Ukrayna kubokunda da 3 görüşdə meydanda olub.

R,Məmmədov onun haqda söylədikləri: ”Emin, əslində, bizim öz futbolçumuzdur. Vaxtilə futbolda ilk addımlarını ”Sumqayıt”ın akademiyasında atıb.

Ailəsi sonradan Ukraynaya köçdüyündən, o da Azərbaycanda qalmayıb. Baş məşqçimiz Aleksey Baqa hələ Emin barədə qərarını verməyib. Bir-iki günə fikrini deyəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"