"Vəziyyəti düzəltməyə çalışacam" – YENİ GƏLƏN ƏCNƏBİ

21 Yanvar 2022 13:40 Sumqayıt 728
"Vəziyyəti düzəltməyə çalışacam" – YENİ GƏLƏN ƏCNƏBİ

"Azərbaycanda çempionat payız-yaz sistemi üzrə keçirilir.

Birinci yarı başa çatıb, ikinci yarıya hazırlaşmaq üçün hamıya yaxşı tanış olan Türkiyəni seçdik".

Sportinfo.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa bu açıqlama ilə çıxış edib.

Yaxınlarda "kimyaçılar"ın sükanı arxasına keçən belaruslu qış təlim məşq toplanışı üçün Türkiyəni seçmələrinin səbəbini söyləyib:

"Fevralın 2-də bizi kubok oyunu gözləyir. Ardından çempionatda “Qəbələ” ilə üz-üzə gələcəyik.

Hazırlıqda psixoloji məqamlara, eləcə də texniki-taktiki məsələlərə xüsusi diqqət yetiriləcək.

Türkiyədə bunu ən qısa zamanda həll etməyə və vəziyyəti düzəltməyə çalışacam".

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!