"Bu, nə qədər ağır olsa da..."

19 Yanvar 2022 16:20 Sumqayıt 864
"Bu, nə qədər ağır olsa da..."

“Təlim-məşq toplanışımız yaxşı keçir.

Bir gündə iki məşq keçirik ki, bu, nə qədər ağır olsa da, bir o qədər də bizim üçün faydalıdır”.

“Sumqayıt”ın və Azərbaycan millisinin müdafiəçisi Höccət Haqverdi Sportinfo.az-a açıqlamasında yanvarın 15-dən Antalyada hazırlıq keçən komandasının təlim-məşq toplanışını dəyərləndirib.

28 yaşlı futbolçu Türkiyə toplanışında səhvlərin aradan qaldırılacağını və ölkədaxili yarışlarda bunun faydasını görəcəklərini bildirib:

“Burada artıq ilk yoxlama oyunumuzu keçirmişik. Fikrimcə, ilk oyun üçün nəticə, göstərdiyimiz performans yaxşıdır.

Həftə sonuna qədər Antalya toplanışımız davam edəcək. Bu müddətdə səhvlərimiz üzərində çalışıb tam hazır olacağımıza inanıram”.

“Sumqayıt” Antalya toplanışındakı ilk matçda “Yagelloniya” ilə qolsuz bərabərə qalıb.

Bu gün “Berliner”lə qarşılaşacaq “kimyaçılar”ın yanvarın 22-dəki sonuncu rəqibi “Şkupi” olacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti