
“Yegelloniya” ilə yoxlama oyununda zədələnən “Sumqayıt“ın yeni transferi Araz Abdullayevin durumuna aydınlıq gəlib.
29 yaşlı yarımmüdafiəçi Antalyada tibbi müayinədən keçib.
MRT-nin cavabı milli üzvü, eləcə də, məşqçilər heyəti üçün ürəkaçan olmayıb. Araz Abdullayev 3-4 həftə yaşıl meydanlardan kənar qalacaq.
Təxminən 1 ay müalicə alıb məşqlərini fərdi şəkildə davam etdirəcək Abdullayev rəsmi oyuna ən yaxşı halda fevralda çıxacaq.
Bu isə o deməkdir ki, “kimyaçılar”ın yeni transfer fevralın 2-də Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutacaq “Sumqayıt” – “Qəbələ” görüşünü kənardan izləyəcək.
HƏBİB / SPORTİNFO.AZ