Kapitandan Antalya sözləri: “Çalışırıq, inanırıq...”

18 Yanvar 2022 20:40 Sumqayıt 570
Kapitandan Antalya sözləri: “Çalışırıq, inanırıq...”

“Bir həftəyə yaxındır hazırlığımızı Antalyada davam etdiririk”.

Bu sözləri “Sumqayıt”ın kapitanı Vüqar Mustafayev təlim-məşq toplanışı ilə bağlı Sportinfo.az-a danışarkən dilə gətirib.

Düşərgədə xoş əhval-ruhiyyənin olduğunu deyən kapitan yeni futbolçuların gəlişi ilə komandanın güclənəcəyini düşünür.

Maraqlıdır, yeni baş məşqçi Aleksey Baqa necə təsir bağışlayır? Futbolçuların düşüncəsində necə insan, necə məşqçidir? Ayxan Abbasovla fərqli cəhətləri nədən ibarətdir?

Vüqar məşqçi mövzusunda danışmaq istəməsə də, ümumi planda fikirlərini səsləndirib:

“Artıq neçə vaxtdır yeni baş məşqçinin rəhbərliyi altında məşq edirik. Hətta “Yagelloniya” ilə yoldaşlıq görüşünə Aleksey Baqanın rəhbərliyi altında çıxdıq.

Hamı meydanda can qoydu və fikrimcə, maraqlı oyun alındı. Məşqlərdə səhvlərimiz üzərində çalışırıq.

Komandada əhval-ruhiyyə yüksəkdir. İnanıram ki, toplanışın sonunda kubok və çempionat oyunları üçün hazır vəziyyətdə olacağıq”.

Antalya toplanışındakı ilk sınaq matçında “Yagelloniya” ilə qolsuz bərabərə qalan Sumqayıt təmsilçisi sabah növbəti görüşünü keçirəcək.

Rəqibin adı bu günün sonuna qədər bilinməlidir. Yanvarın 22-də son rəqibin adı isə “Şkupi”dir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti