Əcnəbi mütəxəssis "Qəbələ"nin oyununda

18 Yanvar 2022 16:00 Sumqayıt 1 045
Əcnəbi mütəxəssis "Qəbələ"nin oyununda

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" bu gün ilk yoxlama oyununa çıxıb.

Polşanın "Zaqlembe" komandası ilə qarşılaşma az əvvəl start götürüb.

Matçı izləyənlər arasında "Sumqayıt"ın yeni baş məşqçisi Aleksey Baqa da var.

Belə ki, qış fasiləsində "kimyaçılar"a təyinat alan belaruslu mütəxəssis Premyer Liqadakı rəqibinin oyununu yaxından izləməyə qərar verib.

Xatırladaq ki, "Sumqayıt" onun rəhbərliyi altında ilk matçını 2 gün əvvəl Polşanın digər təmsilçisi "Yaqolleyin"ə qarşı keçirib. Görüş qolsuz bərabərliklə başa çatıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:50 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Deyir, hələ öyrənirik