Premyer Liqa klubu daha bir cənubi azərbaycanlı futbolçu gətirdi

18 Yanvar 2022 15:00 Sumqayıt 1 733
Premyer Liqa klubu daha bir cənubi azərbaycanlı futbolçu gətirdi

“Sumqayıt” yeni futbolçunu baxışa çağırıb.

Antalyada təlim-məşq toplanışında olan komandanın düşərgəsinə gələn oyunçunun adı Ali Rza Aliyaridir

Cənubi azərbaycanlı müdafiəçi bu gün hazırlıq prosesinə qoşulub.

Yeni baş məşqçi Aleksey Baqa mərkəz müdafiəçisini bir neçə gün yoxlanışdan keçirəcək.

Hazırda “Sumqayıt”da forma geyinən cənublkuların sayı 2-dir. Əli Qurbani və Höccət Haqverdi 2020-ci ilin yayında Arazın o tayından gəlib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti