İki ayın maaşını aldı, müqaviləyə xitam verməyə razılaşdı

17 Yanvar 2022 14:00 Sumqayıt 1 288
İki ayın maaşını aldı, müqaviləyə xitam verməyə razılaşdı

“Sumqayıt” bir müddət davam edən danışıqlardan sonra Səid Rza ilə problemi yoluna qoyub.

“Kimyaçılar“ mövsümün əvvəlində - sentyabrda 1 illik müqavilə imzaladığı hücumçu ilə təzminat qarşılığında vidalaşıb.

Bunun üçün cənubi azərbaycanlı forvarda 2 aylıq maaşı ödənilib.

Əvvəllər “Maşınsazi”, “Havadar” kimi klublarda çıxış etmiş hücumçu son olaraq “Aluminium”da (İran) oynayıb.

O, ötən mövsüm 21 matçda meydanda olub və 3 qol vurub. Lakin cənubi azərbaycanlı burada özünü göstərə bilmədi.

Premyer Liqada cəmi 1 dəfə fərqlənən forvard ümidləri doğrultmadı. 11 matçda forma geyindi, cəmi 1 dəfə qol vurdu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi