
"Yəqin ki, bu, mənim üçün ən konkret təklif idi".
Sportinfo.az xəbər verir ki, bunu "Sumqayıt"ın belaruslu baş məşqçisi Aleksey Baqa ölkəsinin STV telekanalına müsahibəsində deyib.
41 yaşlı mütəxəssis başqa təkliflərin real olmadığını bildirib:
"Çünki digər bəzi söz-söhbətlər havada idi. Klub rəhbərliyi ilə görüşəndən sonra başa düşdüm ki, bu, böyük layihədir.
Biz futbolda da, həyatda da çox şeyə eyni cür baxırıq. Belə maraq olan təqdirdə, bundan istifadə etməmək günah olardı.
Komandamızda 8 oyunçu milliyə çağırılıb. İşləmək üçün yaxşı material və maraqlı çempionat mövcuddur"