“Bizi çox yorub“ – Kapitan “Sumqayıt”la oyundan sonra şikayətləndi

16 Yanvar 2022 09:00 Sumqayıt 1 092
“Bizi çox yorub“ – Kapitan “Sumqayıt”la oyundan sonra şikayətləndi

“Son məşqlərin yorğunluğu hiss olunurdu. Ola bilsin ki, hücumlardakı lənglik bununla bağlı idi”.

Sportinfo.az xəbər verir ki, bunu “Yagelloniya”nın kapitanı Taras Romançuk deyib.

Yarımmüdafiəçi Polşa klubunun Antalya toplanışı çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri matçı (0:0) dəyərləndirib:

“Sumqayıt”la oyuna biz nəzarət edirdik. Amma qol vura bilmədik. Bizə müəyyən tapşırıqlar verilmişdi və onların öhdəsindən gəldik.

Əsas vəzifəmiz topu meydanın rəqibə aid hissəsində saxlamaq idi. Biz son günlərdə çox çətinlik çəkirik.

Gündə iki dəfə məşq bizi çox yorub. Növbəti oyunda daha yaxşı olmalıdır və qalib də gələ bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"