Millinin futbolçusu 6 aylıq müqavilə bağladı, meneceri...

15 Yanvar 2022 11:00 Sumqayıt 694
Millinin futbolçusu 6 aylıq müqavilə bağladı, meneceri...

“Sumqayıt” dövrələrarası fasilədə daha bir futbolçunu heyətinə cəlb edib.

Belə ki, son olaraq Kiprdə - “Etnikos”da çıxış etmiş Araz Abdullayevlə 6 ay + 2 il şərti ilə müqavilə imzalanıb.

O, "78" nömrəli formanı geyincək.
Araz Abdullayev son klubu olan “Etnikos”da meydana çıxdığı 12 qarşılaşmada 3 məhsuldar ötürmə ilə yadda qalıb.

29 yaşlı yarımmüdafiəçi “Neftçi”, “Panionios”, “Qəbələ”, “Anortosis”, “Qarabağ” və “Boluspor” kimi klubların uğurları üçün də çalışıb. U-17, U-19, U-21 və əsas millinin şərəfini qoruyub.

Arazın 6 aylıq müqavilə bağlamasının səbəbi yenidən legioner həyatı yaşamaq niyyəti ilə bağlıdır. Onun meneceri Ukrayna, Türkiyə, Yunanıstan və Portuqaliya kimi ölkələrin klubları ilə danışıqlar aparır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!