Xanımı Azərbaycana gəldi, birgə axtarışa çıxdılar, yekunda...

14 Yanvar 2022 20:00 Sumqayıt 925
Xanımı Azərbaycana gəldi, birgə axtarışa çıxdılar, yekunda...

Aleksey Baqadan Azərbaycanda gözləntilər böyükdür.

Vətəni Belarusda 2, Litvada 1 dəfə çempionluq sevinci yaşamış 40 yaşlı mütəxəssisin ölkəmizdə də uğur qazanacağına inananların sayı az deyil.

“Sumqayıt”dakı hal şahidlərinin dediyinə görə, Baqa işində hər nə qədər sərt təsir bağışlasa da, həyatda bir o qədər mülayim və sadədir.

Bunu onun ilk addımlarından da görmək mümkündür.

Belaruslu çalışdırıcı “Sumqayıt”la müqavilə bağlamağa gələndə xanımını da özü ilə birgə gətiribmiş. Məqsəd kirayədə qalacağı mümkün mənzillərlə və övladlarının təhsili üçün məktəb və bağçalarla tanış olmaq imiş.

Cütlük Sumqayıtda yaşamağı tərcih etsə də, “gənclik şəhəri”ndə ingilisdilli məktəb və bağçaların olmaması qonaqların planını pozub.

Həmin müddətdə Sumqayıtda oteldə məskunlaşsalar da, mənzil axtarışına paytaxtda çıxıblar.

Lakin bir çox əcnəbi məşqçi və futbolçuların tərcih etdiyi “Port Baku”, “Park Azur”, “Yeni Həyat” və ya “Ağ Şəhər” kimi dəbdəbəli komplekslərdə yox. Şəhərin mərkəzinə yaxın qiyməti çox da baha olmayan binaların birində.

Yaşamaq üçün mənzil gözaltı etdikdən sonra Baqa komandası ilə birgə Antalyaya, xanımı isə övladlarını gətirmək üçün Belarusa yollanıb. 3 uşaq atası olan titullu məşqçi Bakıda ailəsi ilə birgə yaşayacaq.

Ümid edək ki, Aleksey Anatolyeviçin sadəliyini mətbuat konfransları və müsahibələr zamanı jurnalistlərlə münasibətdə də görəcəyik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"