“Sumqayıt” “transfer bombası”na hazırlaşır – Bu gün, uzağı, sabah...

14 Yanvar 2022 16:00 Sumqayıt 1 989
“Sumqayıt” “transfer bombası”na hazırlaşır – Bu gün, uzağı, sabah...

Ayxan Abbasovu göndərib, yerinə Aleksey Baqanı gətirən “Sumqayıt” heyətini gücləndirməkdə davam edir.

Qış fasiləsində Elşən Abdullayev və Vüqar Bəybalayevi rənglərinə bağlayan “kimyaçılar” “transfer bomba”sına hazırlaşır.

Ölkə kubokunun son finalçısı Araz Abdullayevlə müqavilə bağlayacaq.

Milli üzvü komandanın Antalyadakı təlim-məşq toplanışına qatılıb və artıq iki gündür Baqanın rəhbərliyi altında məşq edir.

Xəbərin rəsmiləşməsi an məsələsidir. Bu gün, ən pis halda sabah ictimaiyyətə bu barədə məlumat veriləcək.

Araz “Sumqayıt”la “6 ay+1 il” şərti ilə razılaşıb ki, yayda Avropaya yollanmaq həvəsinə düşsə, rəhbərlik ona problem yaratmayacaq.

Araz Abdullayev indiyə qədər “Neftçi”, “Qəbələ” və “Qarabağ”ın şərəfini qoruyub.

Eləcə də “Panionios”, “Anortosis”, “Boluspor” və “Etnikos”da legioner həyatı yaşayıb. 2011-ci ildə “Everton”la müqavilə bağlasa da, İngiltərə Premyer Liqasında debüt etməyib.

O, 4 dəfə Azərbaycan çempionu olub, 2 dəfə Azərbaycan kubokunu başı üzərinə qaldırıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti