"Sumqayıt"ı Türkiyədə çarəsiz duruma salan SƏBƏB

13 Yanvar 2022 23:40 Sumqayıt 959
"Sumqayıt"ı Türkiyədə çarəsiz duruma salan SƏBƏB

"Sumqayıt" qış təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyədə məskunlaşıb.

Komanda Aleksey Baqanın rəhbərliyi altında iki gündü qardaş ölkədə plan üzrə məşqlərini davam etdirir.

Yanvarın 12-si və 23-ü aralığında Antalyada olacaq kollektiv üçün 3 yoxlama oyunu nəzərdə tutulub. Matçların keçiriləcəyi tarixlər belə məlumdur - 16, 19 və yanvar.

Amma yoxlam oyunları üçün rəqib tapmaq "Kimyaçılar" üçün problemə çevrilib.

Ayın 16-cı Macarıstan "Uypeşt"i ilə qarşılaşma üçün razılıq əldə olunmuşdu. Ancaq rəqib futbolçularda aşkarlanan koronavirus səbəbindən həmin oyun da ləğv edildi.

Faktiki yoxlama görüşü keçirməyə bir rəqib belə yoxdur. Son durumla bağlı bizimlə söhbətində klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov da məsələ ilə bağlı hər hansı yenilik olmadığını bildirdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"