“Futbola xüsusi motivasiya ilə qayıtmışam” – YENİ TRANSFER

13 Yanvar 2022 22:40 Sumqayıt 1 002
“Futbola xüsusi motivasiya ilə qayıtmışam” – YENİ TRANSFER

“Doğma şəhərimə, doğma ocağına qayıtdım. Və buna görə çox şadam”.

“Sumqayıt”ın yeni transferi Vüqar Bəybalayev Sportinfo.az-a açıqlamasında futbolçu karyerasını futbolçu kimi yetişdiyi şəhərdə davam etdirəcəyinə görə məmnunluğunu dilə gətirib.

Sən demə, yarımmüdafiəçinin “kimyaçılar”a qoşulması çoxdan baş tutmalıymış. Sadəcə, hansısa səbəblər üzündən 7 ay futbolsuz qalmalı olub:

“Sumqayıt”a qayıtmaq söhbəti çoxdan var idi. Söyləmək istəmədiyim bəzi səbəblərə görə alınmırdı. Artıq buradayam və sevimli komandama fayda vermək üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm”.

Sonuncu dəfə Gürcüstan elitasında mübarizə aparan “Telavi”nin şərəfini qoruyan 28 yaşlı futbolçu sonuncu dəfə ötən ilin mayında qonşu ölkədə rəsmi matçda forma geyinib.
Vüqarın xeyli müddət oynamaması istər-istəməz fiziki durumuna öz təsirini göstərməlidir. Üstəlik, oyun təcrübəsinin yoxluğu.

Səbəbkar problemi həll etməyin yolunu tapıb:
“Artıq çəki ilə bağlı problemim yoxdur. Bu cəhətdən sevinə bilərəm. Əsas çatışmazlıq fiziki durumumla bağlıdır ki, fiziki hazırlıq üzrə məşqçi ilə bu yöndə əlavə məşqlər edirəm”.

Bəybalayev karyerasını məhz Sumqayıtda davam etdirəcəyi üçün klub rəhbərliyinə təşəkkür edib:

“6-7 ay futbolsuz qalsam da, “Sumqayıt” rəhbərliyi mənə sahib çıxdı. Buna görə minnətdarlığımı bildirirəm.

Özlərinə də söz vermişəm ki, etimadı doğrultmaq üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. Futbola xüsusi motivasiya ilə qayıtmışam. İnşallah, bu istək yaşıl meydanlarda öz sözünü deyər”.

Vüqar Bəybalayev 10 illik peşəkar karyerası ərzində “Turan”, “Bakı”, “Xəzər Lənkəran”, “Rəvan”, “Kəpəz”, “Sumqayıt” və “Səbail” kimi komandaların şərəfini qoruyub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"