Əcnəbi məşqçi "Sumqayıt"da XOŞ TƏƏSSÜRAT yaratdı

13 Yanvar 2022 17:40 Sumqayıt 1 110
Əcnəbi məşqçi "Sumqayıt"da XOŞ TƏƏSSÜRAT yaratdı

Qış fasiləsinin ilk yadda qalan hadisəsi təbii ki, "Sumqayıt"dakı baş məşqçi dəyişikliyi oldu.

Komanda tarixinin ən uğurlu çalışdırıcısı Ayxan Abbasovu belaruslu mütəxəssis Aleksey Baqa əvəzlədi.

Gənc mütəxəssis artıq 1 həftədir komandanı məşqlərə çıxarır və futbolçuları yaxından tanımağa çalışır.

Tanışlıq qarşılıqlıdır. Həm də futbolçular necə biri ilə yola davam edəcəklərini özləri üçün qətiləşdirmiş olurlar.

Artıq ilk təəssuratların müsbət siqnalları da bizə gəlməkdədir. Danışdığımız, söhbətləşdiyimiz futbolçular adların çəkilməsini istəmədən oxşar fikirlər səsləndirdilər:

"Baqa iddialı biridir. Futbolçularla səmimi münasibətə can atır. Məşqlərdəki ciddiyyəti xüsusi fərqlənir. Çox tələbkar olduğu görünür. Uğur qazanmaq üçün onda lazım olan keyfiyyətlər var".

Bizə isə gözləmək düşür. Baqanın deyilən kimi olub-olmamasına çempionatdakı nəticələrlə qiymət verməyimiz üçün.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti