Azərbaycan klubunun oyunu koronavirusa görə təxirə salındı

12 Yanvar 2022 14:40 Sumqayıt 1 309
Azərbaycan klubunun oyunu koronavirusa görə təxirə salındı

“Sumqayıt”ın Antalyadakı təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarından biri baş tutmayacaq.

Sportinfo.az xəbər verir ki, yanvarın 16-da Macarıstanın “Uypeşt” klubu ilə oynanmalı olan qarşılaşma təxirə salınıb.

Buna səbəb “bənövşəyilər”in heyətində koronavirusa kütləvi yoluxma hallarıdır.

Məlumatı klubun rəsmi saytı yayıb. Macarıstan təmsilçisinin 1 həftə ərzində keçirəcəyi bütün oyunlar təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə