"Sensasiya baş verməyəcək, “Qarabağ“ çempion olacaq“

12 Yanvar 2022 13:00 Sumqayıt 1 133
"Sensasiya baş verməyəcək, “Qarabağ“ çempion olacaq“

“Builki çempionatda yenə sensasiya olmayacaq“.

Bu sözləri “Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nə qonaq olan “Sumqayıt“ın sabiq baş məşqçisi Ayxan Abbasov deyib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişdə iştirak edən 40 yaşlı mütəxəssis Premyer Liqa ilə bağlı maraqlı fikirlər səsləndirib.

Sitat: “Qarabağ“ mövsümü çempion kimi bitirəcək. Onlar çempionatın geridə qalan hissəsində kifayət qədər yaxşı nəticələr göstərib və ən yaxın rəqiblərini xal sayında xeyli qabaqlayırlar.

İnanmıram ki, “Qarabağ“ bu boyda xal fərqinin “əriməsinə“ imkan versin. Bundan sonra çempionatda əsas mübarizə digər yerlər uğrunda gedəcək.

“Neftçi“, “Qəbələ“, “Zirə“ və “Sabah“ın medallar uğrunda iddiasını davam etdirəcək“.

Digər Xəbərlər
Xəbər Lenti