"Neftçi"yə keçidi gözlənilən qapıçıdan "Sportinfo"ya AÇIQLAMA

10 Yanvar 2022 23:40 Sumqayıt 3 271
"Neftçi"yə keçidi gözlənilən qapıçıdan "Sportinfo"ya AÇIQLAMA

"Artıq 4 gündür ki, çempionatın ikinci yarısı üçün hazırlıqlara start vermişik.

Məşqlərimiz normal şəraitdə keçir. Bütün futbolçular var qüvvəsi ilə hazırlıq prosesində iştirak edir".

Bunu Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın qolkiperi Aydın Bayramov deyib.

"Kimyaçılar" hazırlığın ikinci mərhələsi üçün sabah Türkiyəyə yola düşəcək. 25 yaşlı qolkiper məhz qonşu ölkədəki məşqlərdən sonra mövsümün növbəti yarısı üçün hazır olacaqlarına ümid etdiyini bildirib:

"Türkiyənin Antalya şəhərinə yollanacağıq. İki həftəyə yaxın bir müddət üçün hazırlıq proqramımız var. İnşallah, Türkiyə toplanışını yüksək səviyyədə keçirib, çempionatın ikinci yarısına hazır olmağa çalışacağıq".

Bu gün xəbər verdiyimiz kimi, yaxın günlərdə Bayramovun "Neftçi"yə keçidi baş tuta bilər.

O, bu haqda danışmasa da, klubdan əldə etdiyimiz məlumata görə, Aydın da sabah "Sumqayıt"la Türkiyəyə yola düşəcək. Son çempionla danışıqlara isə elə orada nöqtə qoyula bilər.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"