İspaniyalı məşqçi virusa yoluxdu, Azərbaycana gələ bilmədi

10 Yanvar 2022 09:40 Sumqayıt 719
İspaniyalı məşqçi virusa yoluxdu, Azərbaycana gələ bilmədi

«Sumqayıt» yanvarın 6-da qış istirahətini başa vurub.

Komanda artıq yeni baş məşqçi Aleksey Baqanın rəhbərliyi altında bir neçə məşqə çıxıb.

Belaruslu mütəxəssisin özü ilə gətirdiyi əsas köməkçisi Vasili Tarasenko, həmçinin Ayxan Abbasovun korpusundan qalan Mehman Yunusovla Emil Babayev də iş başındadır.

Yalnız Gerard Merino burada yoxdur. İspaniyalı fiziki hazırlıq üzrə yardımçı hələ Azərbaycana gəlməyib.

Buna səbəb onun koronavirusa yoluxmasıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti