Makedoniya təmsilçisi klubumuza rəqib oldu

9 Yanvar 2022 14:00 Sumqayıt 612
Makedoniya təmsilçisi klubumuza rəqib oldu

"Sumqayıt"ın Türkiyədə qarşılaşacağı növbəti rəqibin adına aydınlıq gəlib.

"Kimyaçılar" Şimali Makedoniyanın "Şkupi" komandası ilə qarşılaşacaq. Görüş 22 yanvar tarixinə təyin olunub.

Buna kimi komandanın Macarıstanın "Uypeşt"inə rəqib olduğu dəqiqləşmişdi.

Qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdıran "Sumqayıt"ın rəqib arayışları davam edir.

Azərbaycan Premyer Liqasında 3-cü dövrənin hazırlıqlarına yanvarın 5-də Sumqayıt şəhərində start verən Aleksey Baqanın yetirmələri hazırlıq prosesinin ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək.

Kollektiv yanvarın 12-dən 23-dək Lara bölgəsində yerləşən “Aska Resort” otelində məskunlaşacaq.

SPORTİNFO.AZ

Xəbər Lenti