“Neftçi” pul da istəmir, hamı “məndən uzaq olsun” deyir yenə…

8 Yanvar 2022 15:00 Sumqayıt 2 264
“Neftçi” pul da istəmir, hamı “məndən uzaq olsun” deyir yenə…

Azərbaycan yığmasının sabiq hücumçusu “Neftçi”yə lazım deyil.

Samir Abasov onun xidmətinə ehtiyac duymadığı barədə klub rəhbərliyinə raport təqdim edib.

Baş məşqçi ayda 12 min manat əməkhaqqı alan forvardın komandaya fayda vermədiyini əsaslandırıb.

Di gəl, onu nə icarəyə götürmək, nə də transfer hüququna yiyələnmək istəyən var. Hətta “Neftçi”nin azad agent statusu verməyə hazır olması da Mirabdullaya müştəri çıxarmayıb.

“Keşlə”dən sonra “Sumqayıt” da yığmanın eks forvardı ilə anlaşmaqdan vaz keçib.

Abasovun cari mövsümdə keçirdiyi oyunların statistikası ilə tanış olan “kimyaçılar”ın yeni baş məşqçisi Aleksey Baqa onun qiymətinin kifayət qədər yüksək olduğunu, amma bu pulun yarısına dəyəcək qədər səviyyəli hücumçu keyfiyyətləri daşımadığı haqda fikir söyləyib.

SPORTİNFO,AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti