"Sumqayıt" dövrələrarası fasilədə ilk futbolçu keçidini gerçəkləşdirib.
Son olaraq Gürcüstanda - "Telavi"də çıxış etmiş Vüqar Bəybalayevlə 2,5 illik müqavilə imzalanıb.
28 yaşlı yarımmüdafiəçi 15 nömrəli formanı geyinəcək.
2017/2018 mövsümündə də "Sumqayıt"da çıxış etmiş Vüqar Bəybalayev həmin müddətdə ümumilikdə 24 oyuna çıxıb. O, "Telavi" ilə yanaşı, "Bakı", "Xəzər Lənkəran", "Rəvan" və "Səbail"in heyətində də yer alıb.
Bəybalayev sabiq komandasına qayıtmaqla Premyer Liqada daha bir maraqlı yeniliyə imza atıb.
Ötən ilin yayından bəri futbolsuz qalmış orta sahə oyunçusu ölkə çempionatında forma geyinən ən az ödənişli futbolçusu olub.
SPORTİNFO.AZ

