“Sumqayıt”ın yeni təyin edilmiş baş məşqçisi Aleksey Baqa bu gün ölkəmizə gəlib.
Belaruslu məşqçi özü ilə Azərbaycana köməkçi də gətirib.
Həmin yardımçı Vitali Tarasenkodur. 40 yaşlı mütəxəssis ukraynalı ilə uzun müddətdir bir yerdə çalışır.
Baqa onunla BATE-də birgə fəaliyyət göstərməyə başlayıb, daha sonra 2 ölkəyə aparıb. «Jalqiris» (Litva), «Aktobe» (Qazaxıstan) və «Şaxtyor»da (Aoliqorsk) əl-ələ veriblər.
Baqanın digər köməkçiləri isə yerli mütəxəssislər olacaq.
Ayxan Abbasovdan sonra onun əsas köməkçisi Elnur Çodarov da “gənclik şəhəri” təmsilçisindən ayrılıb.
Korpusda yer alan digər 3 mütəxəssis - fiziki hazırlıq üzrə yardımçı Gerard Merino, qapıçılarla çalışan Emil Babayev və Mehman Yunusov isə işini davam etdirəcək.
Belaruslu çalışdırıcı onların fəaliyyətinə tez-tələsik qiymət vermək istəməyib və yeni korpus formalaşdırmağı zamanın öhdəsinə buraxıb.
SPORTİNFO.AZ

