"Sumqayıt” Premyer Liqanın üçüncü dövrəsinin hazırlıqlarına bu gün start verib.
Sumqayıt şəhərində bir araya gələn kollektiv yeni baş məşqçi Aleksey Baqa ilə tanış edilib.
Kollektiv hazırlıq prosesinin ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək.
Yanvarın 12-dən 23-dək Lara bölgəsində yerləşən “Aska Resort” otelində məskunlaşacaq “kimyaçılar” bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblərin kimliyi barədə klubuun rəsmi media hesablarında məlumat veriləcək.
Bilinidiyi kimi, “Sumqayıt”da daha bir məşqçi ayrılığı rəsmiləşib. Ayxan Abbasovdan sonra onun əsas köməkçisi Elnur Çodarov da “gənclik şəhəri” təmsilçisindən ayrılıb.
Korpusda yer alan digər 3 mütəxəssis - fiziki hazırlıq üzrə yardımçı Gerard Merino, qapıçılarla çalışan Emil Babayev və Mehman Yunusov isə işini davam etdirəcək.
Belaruslu çalışdırıcı onların fəaliyyətinə tez-tələsik qiymət vermək istəməyib və yeni korpus formalaşdırmağı zamanın öhdəsinə buraxıb.
Baqanın onlarla yanaşı, yaxın günlərdə tanıdığı məşqçilərdən birini Azərbaycana gətirməsi də gözlənilir.
SPORTİNFO.AZ

