Məlum olduğu kimi, «Sumqayıt» daha bir problemi həll edib.
Premyer Liqada 10-cu mövsümünü keçirən klub legioner limiti ilə bağlı limitdən qurtulub.
«Kimyaçılar» buna AFFA və SOCAR ilə apardıqları danışıqlar nəticəsində nail olub.
Həm təsisçi şirkət, həm də federasiya «gənclik şəhəri» təmsilçisinin ümumi durumunu nəzərə alaraq, onların əcnəbi statusu daşıyan futbolçuları komandaya cəlb etməsinə razılaşıb.
Amma məhdud sayda. «Sumqayıt»ın yeni mövsümdən etibarən xidmətindən yararlanacağı legionerlərin sayı 3-ü keçməməlidir.
Yeni baş məşqçi Aleksey Baqa da bu barədə məlumatlandırılıb. Belarusla çalışdırıcı tətbiq olunacaq yeniliyin komandanın iddialı duruma gəlməsinə kifayət edəcəyi fikri ilə razılaşıb.
SPORTİNFO.AZ

