“Biz klub olaraq heç kim üçün ev kirayə götürmürük“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt“ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.
O, mövsümün əvvəlində 1 illik müqaviləyə imza atan Səid Rza ilə klub arasında hansısa problemin yaranmadığını bildirib.
Press-ateşe qeyd edib ki, Cənubi Azərbaycandan olan hücumçu ilə anlaşmaya qarşılıqlı razılaşma əsasında xitam verilib:
“Bugünə kimi olmayıb ki, klub kimin üçünsə ev kirayələsin. Səidlə qarşılıqlı razılıq əsasında müqavilə ləğv olunub.
Klubun ona heç bir borcu yoxdur. O da klubdan nəsə qoparmaq istəmir. Özü də Səid xitam müqaviləsinə çoxdan qol çəkib və İrana da qayıdıb”.

