Daha bir klubumuzun qış hazırlıq planı məlum oldu

2 Yanvar 2022 20:20 Sumqayıt 859
Daha bir klubumuzun qış hazırlıq planı məlum oldu

“Sumqayıt” FK 3-cü dövrənin hazırlıqlarına yanvarın 5-də Sumqayıt şəhərində start verəcək.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, komanda hazırlıq prosesinin ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək.

Yanvarın 12-dən 23-dək Lara bölgəsində yerləşən oteldə məskunlaşacaq “Sumqayıt” FK bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblərin kimliyi barədə klubumuzun rəsmi media hesablarında məlumat veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti