Azərbaycan klubuna lazım olmayan hücumçu qaldığı evi niyə boşaltmır?

2 Yanvar 2022 20:00 Sumqayıt 2 809
Azərbaycan klubuna lazım olmayan hücumçu qaldığı evi niyə boşaltmır?

“Sumqayıt”ın mövsümün əvvəlində - sentyabrda 1 illik müqavilə imzaladığı Səid Rza ilə yollarını ayırmaq qərarı verdiyini bildirmişik

Əvvəllər “Maşınsazi”, “Havadar” kimi klublarda çıxış etmiş hücumçu son olaraq “Aluminium”da (İran) oynayıb.

O, ötən mövsüm 21 matçda meydanda olub və 3 qol vurub. Lakin cənubi azərbaycanlı burada özünü göstərə bilmədi.

Premyer Liqada cəmi 1 dəfə fərqlənən forvard ümidləri doğrultmadı. Gəl ki, Səid hələ də Arazın o tayına yollanmayıb.

Forvard çempionatda yaranan fasiləyə baxmayaraq, Sumqayıtda onun üçün kirayələnmiş mənzili brşaltmayıb.

Bunda onun məqsədi var – qalan aylar üzrə ona çatmalı olan vəsaiti tam almaq.

Aylıq maaşı 4500 dollar olan hücumçu kluba maliyyə şərtlərində güzəştə getmək istəmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə