«Sumqayıt»ın yeni baş məşqçisi Aleksey Baqa yayda gənclər yığmasının sükanı arcxasına keçə bilər.
Bu barədə Sportinfo.az-a AFFA-dan məlumat daxil olub.
Redaksiyamıza daxil olan bilgiyə görə, federasiya belaruslu mütəxəssisi Milan Obradoviçi alternativi hesab edir.
AFFA mənsubları Baqaya Azərbaycana ilk səfəri zamanı yaxından təmas qurub, perspektivdəki planlar ətrafında geniş fikir mübadiləsi aparıb.
O, uzun illər ölkəmizdə çalışmaq istədiyini bildirməklə yanaşı, özünü nəinki gənclər, hətta əsas millini çalışdırmağa hazır saydığını açıqlayıb.
Sumqayıtlılar 40 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalayıb. Belaruslu yeni vəzifədə Ayxan Abbasovu əvəzləyib.
Aleksey Baqa futbolçu karyerası dönəmində BATE (Borisov, Belarus), “Dauqava” (Dauqavpils, Latviya) və “Dinamo” (Brest, Belarus) komandalarının sükanı arxasında olub.
BATE ilə 2 dəfə Belarus çempionu (2002; 2006), 1 dəfə isə kubokun qalibi (2005/2006) olmuş Baqa məşqçi karyerasına da məhz Borisov təmsilçisində start verib.
O, 2011 - 2018-ci illərdə köməkçi-məşqçi, 2018-ci ildə baş məşqçi olub və komandanı Belarus çempionu edib.
Növbəti mövsümdə Avropa Liqasında 1/16 final mərhələsinə kimi irəliləyən BATE həmin mərhələdə İngiltərə “Arsenal”ına məğlub olaraq, mübarizəni dayandırıb.
Bundan başqa, Aleksey Baqa “Jalgiris”ə 2020-ci ildə Litva, "Şaxtyor" (Soliqorsk) komandasına isə 2021-ci ildə Belarus çempionluğu qazandırıb. O, Qazaxıstan “Aktobe”sinin də baş məşqçisi olub.
SPORTİNFO.AZ

