"Sumqayıt"ın yeni baş məşqçisi Aleksey Baqa yanvarın 3-də Azərbaycana gələcək.
“Kimyaçılar” ertəsi güm belaruslu mütəxəssislə müqavilə imzalayacaq və rəsmi təqdimat mərasimi keçiriləcək.
Anlaşmanın müddətinə gəlincə, bu, 1,5 illik nəzərdə tutulub.
Baqanın köməkçiləri də həmin vaxt bəlli olacaq. Güman ki, Ayxan Abbasovla bərabər çalışmış Mehman Yunusov və Emin Babayev burada qalacaq.
Belaruslu çalışdırıcı Azərbaycana ilk dəfə 10-12 gün öncə gəlib. Onun qarşısına qoyulan ilk hədəf gəncləşdirmə siyasıti aparmasıdır.
Klub rəhbərliyi Baqadan cari mövsümün sonunda avrokuboklara vəsiqə tələb etməyib. Bu, gələn sezon üçün keçərli olacaq.
SPORTİNFO.AZ

