"Sumqayıt" əcnəbi mütəxəssislə anlaşdı - RƏSMİ

30 Dekabr 2021 11:40 Sumqayıt 1 814
"Sumqayıt" əcnəbi mütəxəssislə anlaşdı - RƏSMİ

Aleksey Baqa "Sumqayıt”ın baş məşqçisi təyin olunub.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

Belaruslu baş məşqçi yeni vəzifədə Ayxan Abbasovu əvəzləyib.

Qeyd edək ki, Aleksey Baqa futbolçu karyerası dönəmində BATE (Borisov, Belarus), “Dauqava” (Dauqavpils, Latviya) və “Dinamo” (Brest, Belarus) komandalarının sükanı arxasında olub.

BATE ilə 2 dəfə Belarus çempionu (2002; 2006), 1 dəfə isə kubokun qalibi (2005/2006) olmuş Baqa məşqçi karyerasına da məhz Borisov təmsilçisində start verib.

O, 2011 - 2018-ci illərdə köməkçi-məşqçi, 2018-ci ildə baş məşqçi olub və komandanı Belarus çempionu edib.

Növbəti mövsümdə Avropa Liqasında 1/16 final mərhələsinə kimi irəliləyən BATE həmin mərhələdə İngiltərə “Arsenal”ına məğlub olaraq, mübarizəni dayandırıb.

Bundan başqa, Aleksey Baqa “Jalgiris”ə 2020-ci ildə Litva, "Şaxtyor" (Soliqorsk) komandasına isə 2021-ci ildə Belarus çempionluğu qazandırıb. O, Qazaxıstan “Aktobe”sinin də baş məşqçisi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti