«Sumqayıt» 2 keçmiş futbolçusunu geri qaytarıb.
Bunlar yarımmüdafiəçilər - Vüqar Bəybalayevlə Tural Bayramlıdır.
Onlarla sonradan müddəti uzadılmaq şərtilə 6 aylıq müqavilə şərtləri razılaşdırılıb.
Bəybalayev son olaraq Gürcüstanda legioner həyatı yaşayıb. Ötən mövsümün gedişində qonşu ölkəyə yollanan Vüqar «Telavi»də cəmi 3 ay duruş gətirə bilib. 7 ay idi ki, klubsuz idi.
Yayda Yunanıstanın 1-ci divizion təmsilçisi olan "Pierikos"la müqavilə imzalayan Tural Bayramlının da legioner həyatı erkən başa çatıb. Yarımmüdafiəçinin burada qalmaq istəməməsi maliyyə şərtləri ilə əlaqədardır.
SPORTİNFO.AZ

