Millinin üzvündən "Sumqayıt"a xoş olmayan XƏBƏR

27 Dekabr 2021 23:40 Sumqayıt 1 527
Millinin üzvündən "Sumqayıt"a xoş olmayan XƏBƏR

"Sumqayıt"ın və Azərbaycan millisinin zədəli üzvü Elvin Bədəlov hələ də bərpa olunmaqla məşğuldur. O, bu səbəbdən "kimyaçılar"ın qış təlim-məşq toplanışına da qatıla bilməyəcək.

Bu barədə Sportinfo.az-a klubdan məlumat verilib. Bildirilib ki, təcrübəli müdafiəçi komanda ilə məşqlərə ən yaxşı halda martda qoşula bilər. Bu isə 26 yaşlı oyunçunun hələ bir müddət də kollektiv hazırlıqdan kənar qalacağı anlamına gəlir.

Elvin Bədəlov diz bağlarında qopma müəyyənləşdiyi üçün bir neçə ay əvvəl Almaniyada əməliyyat olunmuşdu.

O, Premyer Liqanın 5-ci turunda "Qəbələ" ilə matçda (0:0) ağır zədələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti