"Ümid edirəm ki, yeni təyinat..." - Elvin Məmmədov

26 Dekabr 2021 20:40 Sumqayıt 1 984
"Ümid edirəm ki, yeni təyinat..." - Elvin Məmmədov

"Vəziyyətim şükür Allaha indi yaxşıdır".

Bunu Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın yarımmüdafiəçisi Elvin Məmmədov deyib.

Azərbaycan Premyer Liqasının arxada qalan 14 turunu zədə səbəbindən o qədər də uğurlu keçirməyən təcrübəli oyunçu mövsümün ikinci yarısı üçün tam gücü ilə hazırlaşdığını bildirib: "Sonuncu turda oynamasam da tam sağalmışam. İnşallah, təlim-məşq toplanışından maksimum istifadə edib forma yığmağa çalışacam. Futbolda zədələr qaçılmazdır. Fasilədən sonra komandama daha çox fayda vermək istəyirəm".

Məmmədov Ayxan Abbasovun göndərilməsindən sonra boş qalan posta yeni təyinat barədə də ümidli danışıb: "Yeni baş məşqçimizin də gəlişini gözləyirik. Ümid edirəm ki, yeni təyinat həm mənim, həm də komandam üçün xeyirli olar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti