"Sumqayıt" ayrılığı doğruladı

26 Dekabr 2021 15:00 Sumqayıt 1 606
"Sumqayıt" ayrılığı doğruladı

«Sumqayıt» sentyabrda komandaya gələn Səid Rza ilə yolların ayrıldığı barədə yaydığımız xəbəri təsdiqləyib.

Klubdan redaksiyamıza bildirilib ki, 3 ay öncə 1 illik müqaviləyə imza atmış cənubi azərbaycanlı hücumçu ilə anlaşmanın qarşılıqlı razılıq əsasında pozulmasına dair razılıq əldə olunub.

Əvvəllər “Maşınsazi”, “Havadar” kimi klublarda çıxış etmiş forvard son olaraq “Aluminium”da (İran) oynayıb.

O, ötən mövsüm 21 matçda meydanda olub və 3 qol vurub. Lakin cənubi azərbaycanlı Azərbaycanda özünü göstərə bilmədi.

Premyer Liqada cəmi 1 dəfə fərqlənən forvard ümidləri doğrultmadı.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti