Sabiq "Qarabağ" və "Neftçi"li legioner "Sumqayıt"a gəlir?

25 Dekabr 2021 22:20 Sumqayıt 2 055
Sabiq "Qarabağ" və "Neftçi"li legioner "Sumqayıt"a gəlir?

"Sumqayıt" yeni baş məşqçi təyinatının astanasındadır. Təyinat hələ rəsmiləşməsə də "transfer bazarı"nda adı ən çox hallanan klublardan biri də məhz "kimyaçılar"dır.

Gedənlərlə bərabər, komandaya qoşulacağı deyilən simalar var. Mətbuatda geniş rezonans doğuran ad isə "Qarabağ" və "Neftçi"nin sabiq legioneri Donald Geryedir.

Haitili futbolçunun artıq "Sumqayıt"la razılaşdığı yazılan xəbərlər arasındadır.

Amma etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Geryenin "Sumqayıt"a transferi hazırkı dönəmdə müzakirə mövzusu belə deyil.

Ümumiyyətlə, Sumqayıt təmdilçisi 31 yaşlı futbolçu ilə heç bir təmasa keçməyib.

Hazırda karyerasını Polşanın aşağı liqasında davam etdirən haitili futbolçu 2017-2021-ci il aralığında ölkəmizdə Qarabağ" və "Neftçi"nin formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM