"Sumqayıt" yeni baş məşqçisindən nə tələb edib?

25 Dekabr 2021 11:40 Sumqayıt 2 375
"Sumqayıt" yeni baş məşqçisindən nə tələb edib?

«Sumqayıt» yeni baş məşqçisinin kimliyini bugünlərdə açıqlayacaq.

Ayxan Abbasovla müqaviləyə birtərəfli qaydada xitam verən «kimyaçılar»ın belaruslu mütəxəssislə anlaşmaya vardığı məlumdur.

O, artıq bir dəfə Azərbaycana səfər edib, klubun şəraiti və şərtləri ilə tanış olub. Yanvarda komandanı təhvil alacaq sükançı ilə bağlanacaq kontraktın müddəti də bəllidir – 1,5 il.

Razılaşmaya əsasən, ondan mövsümün qalan bölümündə ciddi nəticə tələb olunmayacaq.

Sadəcə, üstünlüyü gənclərə verməli, Premyer Liqada orta sıralardan birini tutmalı, kubok uğrunda mübarizədə bacardığını əsirgəməməlidir.

Yəni ki, nə olar, olar. Əsas gələn sezona «tədarük» görməkdir. Bu zaman belaruslu yenidən avrokuboklara vəsiqə qazanmağa iddialı kollektiv formalaşdırmalıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti