Premyer Liqa klubunda daha 5 nəfərin adı "qara siyahı"ya düşdü

24 Dekabr 2021 14:00 Sumqayıt 1 729
Premyer Liqa klubunda daha 5 nəfərin adı "qara siyahı"ya düşdü

Baş məşqçi dəyişikliyinə əl atan «Sumqayıt» rəhbərliyi yeni planlarını komandanı gəncləşdirmək üzərində qurub.

Əməkhaqqısı yüksək olan əksər futbolçular hələlik qeyri-rəsmi şəkildə transfer bazarına çıxarılıb.

Kim istəsə, satıla və ya gedə bilər. Pulluna minnət!

Klubun tələb etdiyi maliyyə şərtləri ödənilərsə, heç kimin qarşısı zorla kəsilməyəcək. Bu siyahı get-gedə genişlənir.

Höccət Haqverdi, Cəmaləddin Xocaniyazov və Rəhim Sadıxovdan sonra daha 5 ad bura əlavə olunub: Vurğun Hüseynov, Elvin Məmmədov, Tellur Mütəllimov, Yusif Nəbiyev və Əli Qurbani.

Düzdür, onların müqaviləsi davam edir, lakin maaşlarının azaldılmasına razılıq verərlərsə, mövsümü «Sumqayıt»da başa vura bilərlər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti