"Abbasovun komandadan ayrılmasını istəmirdim, çünki..."

24 Dekabr 2021 19:00 Sumqayıt 1 335
"Abbasovun komandadan ayrılmasını istəmirdim, çünki..."

"Ayxan müəllimin getməsi mənim üçün gözlənilməz oldu.

Heç istəmirdim komandadan ayrılsın. Çünki 4 ilə yaxın baş məşqçimiz olub.

Yaxşı nəticələrlə bərabər, hər zaman biz futbolçuların arxa-dayağı olub".

Bunu Sportinfo.az-a açıqlamasında Ayxan Abbasovun "Sumqayıt"dan gözlənilməz gedişinə münasibət bildirən komandanın kapitanı Vurğun Hüseynov deyib.

Təcrübəli kapitan başverənlərə rəğmən rəhbərliyin qərarına hörmət etməli və düşdükləri durumdan çıxmağa çalışacaqlarını dilə gətirib: "Rəhbərlik belə qərar veribsə, biz də buna hörmətlə yanaşmalıyıq. Çalışacağıq ki, hər şeyi köhnə ildə qoyub, yeni ildən yeni naliyyətlər əldə edək".

Hüseynov "hazırkı heyətlə yeni naliyyətlər qazanmaq, "qara zolaq"dan çıxmaq çətin görünmürmü?" sualını isə belə cavablayıb: "Turnir cədvəlinə baxanda vəziyyətimiz heç də ürəkaçan deyil. Amma biz komanda olaraq bu vəziyyətdən çıxmağı bacaran kollektivik. İnşallah, hər birimiz əl-ələ verib, bu vəziyyətdən çıxacağıq".

Xanoğlan İmanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti