Premyer Liqa klubunu çalışdırıcaq şəxsin kimliyi bu tarixdə bilinəcək

23 Dekabr 2021 09:40 Sumqayıt 1 499
Premyer Liqa klubunu çalışdırıcaq şəxsin kimliyi bu tarixdə bilinəcək

«Sumqayıt» yeni baş məşqçi axtarışlarını yekunlaşdırmaq üzrədir.

Ayxan Abbasovla vidalaşan «kimyaçılar» bu barədə açıqlamanı 2022-ci ilə saxlamaq niyyətində deyil.

«Gənclik şəhəri» təmsilçisi komandanın sükanı arxasına gətirəcəyi mütəxəssisin adını dekabrın 27-28-nə kimi bəyan etməyi planlaşdırır.

Bir neçə yerli mütəxəssisin “kimyaçılar”ın sükanı arxasına keçmək arzusunda olması məlumdur. Şahin Diniyev, Tərlan Əhmədov, Ramin Quliyev, Yunis Hüseynov və başqaları...

O da bizə məlumdur ki, “Sumqayıt” başbilənləri komandanı tapşıracağı sükançını yalnız ölkə daxilində axtarmır.

Araşdırmalar Azərbaycanın hüdudlarından kənarda da davam etdirilir. Hazırda onlardan bir neçəsinin namizədliyi gözdən keçirilir.

Siyahıda Türkiyə, Almaniya, İtaliya və İspaniyadan olan məşqçilər var.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM