Abbasovun göndərilməsi "Sumqayıt"lıları hərəkətə gətirdi

22 Dekabr 2021 10:40 Sumqayıt 2 388
Abbasovun göndərilməsi "Sumqayıt"lıları hərəkətə gətirdi

"Sumqayıt"ın düşdüyü "burulğan" hər keçən gün daha da böyüməkdədir.

Ayxan Abbasovu göndərməklə "qara zolaq"dan çıxacağını düşünən rəhbərlik, görünür, bu addımına hələ çox peşman olacaq.

Yeni məşqçi təyinatı ləngiyir. Bu da səbəbsiz deyil. Əksər məşqçilər Sumqayıt təmsilçisinə gəlməyə risk etmir.

Həm legionerlərə icazənin olmaması, həm də Ayxan Abbasovun gedişindən sonra bəzi əsas simaların da "kimyaçılar"dan ayrılmaq perespektivi yaranıb.

Əslində, ötən mövsümün sonu da bir çox futbolçulara yaxşı təkliflər gəlmişdi. Amma Abbasovun israrı və oyunçuların ona güvənməsi heyətin qorunmasına yol açmışdı.

İndi nə gənc mütəxəssis kimi tələb edən biri var, nə də onun kimi futbolçuların etibarını qazanan biri. Yeni təyinatın kim olacağı belə hələ aydınlaşmayıb.

Təbii ki, belədə də ağıllı futbolçu ən kiçik fürsəti də dəyərləndirib, aradan çıxmağa can atır.

Xanoğlan İmanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti