Adı "Neftçi" ilə hallanan milli üzvündən xəbər var: "Yalnız onda bu barədə danışmaq olar"

21 Dekabr 2021 21:00 Sumqayıt 1 696
Adı "Neftçi" ilə hallanan milli üzvündən xəbər var: "Yalnız onda bu barədə danışmaq olar"

Baş məşqçi Ayxan Abbasovun ardınca bəzi futbolçuların da "Sumqayıt"dan ayrılacağı gözlənilir.

Artıq bəzi futbolçular barəsində mətbuatda dolaşan xəbərlər var.

Məsələn, konkret danışası olsaq, milliləşdirilmiş Höccət Haqverdi ilə son çempion "Neftçi"nin maraqlandığı deyilir.

Məsələni doğruluğunu bilmək üçün klubun mətbuat xidməti ilə ələqa saxladıq.

Sportinfo.az-ın sorğusuna cavab olaraq mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bunları deyib: "

Höccət Haqverdinin gedişi ilə bağlı hazırkı məqamda real nəsə demək mümkün deyil. Yeni baş məşqçi təyin olunandan sonra bu barədə danışmaq olacaq.

Ümumiyyətlə, gedib-gələn futbolçular və qış təlim-məşq toplanışı barədə qərarlar da yalnız onda verilə bilər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti