«Sumqayıt»ın müdafiəçisi Cəmaləddin Xocaniyazov Rusiyaya qayıdıb.
O, doğulduğu ölkədə istirahət etməklə yanaşı, menecerlər vasitəsilə yeni komanda axtarır.
Müdafiəçi qışdan sonra karyerasını Azərbaycanda qalmaq perspeektivinə bir elə inanmır. Məsələ ondadır ki, «kimyaçılar» mövsümün ilk yarısından sonra «maliyyə yükü»nü azaltmağı qərara alıb.
Klub yüksəködənişli futbolçularla yolları ayırmaqla həm büdcəni aşağı çəkmək, həm də gəlir əldə etmək düşüncəsindədir. Artıq Xocaniyazova bununla bağlı fikir bildirilib.
Necə də olmasa, o, komandanın ən çox maaş alan 5 üzvündən biridir - ayda 6000 dollar.
SPORTİNFO.AZ

