"Sumqayıt" Tərlan Əhmədovla Ramin Quliyevə dəvət göndərib, yoxsa..?

19 Dekabr 2021 11:40 Sumqayıt 1 541
"Sumqayıt" Tərlan Əhmədovla Ramin Quliyevə dəvət göndərib, yoxsa..?

Ayxan Abbvasovla yolları ayıran «Sumqayıt»ın iki yerli məşqçi ilə danışıqlar apardığı barədə sosial şəbəkələrdə xəbərlər yayılıb.

İddia olunur ki, «kimyaçılar» Tərlan Əhmədov və Ramin Quliyevə dəvət göndərib.

Bildirilib ki, «gənclik şəhəri» təmsilçisi sonradan müddəti 1 il uzadılmaq şərti ilə 6 aylıq müqavilə təklif edib.

Xəbəri dəqiqləşdirməyə çalışdıq və «Sumqayıt»dan gələn informasiyalardan məlum oldu ki, rəhbərlik adıçəkilən məşqçilərdən heç biri ilə görüşməyib, sadəcə, Tərlan Əhmədov müxtəlif şəxslərə, o cümlədən, AFFA rəhbərliyinə burada çalışmaq istədiyini bildirib.

R.Quliyev cari mövsümün gedişində «Sabah»dan uzaqlaşıb. T.Əhmədov isə 2020-ci ilin yayında «Keşlə»dən istefaya göndərilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti