“Sumqayıt” qış fasiləsinə AZAL-ın arxasınca getdi

18 Dekabr 2021 16:20 Sumqayıt 1 494
“Sumqayıt” qış fasiləsinə AZAL-ın arxasınca getdi

“Sumqayıt” tarixinin antirekorduna imza atıb.

Sportinfo.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi qış fasiləsinədək cəmi 9 qol vurub.

2011/12 mövsümündən Premyer Liqada çıxış edən Sumqayıtın eyniadlı klubu indiyədək heç vaxt yarışın ilk yarısında belə dişsiz olmayıb.

Əvvəlki illərdə ən zəif nəticə 2013/14 mövsümünə təsadüf edib. Həmin vaxt sumqayıtlılar fasiləyədək 11 qola sevinib.

8 komandanın oynadığı son 6 mövsümün də ən aşağı göstərici cari çempionatdakıdır. Söhbət ümumilikdə klubun öz nəticələrindən gedir.

Ümumilikdə isə son 6 mövsümə baxsaq, yalnız bir dəfə daha az qol vuran komanda olub. 2016/17 mövsümündə AZAL cəmi 6 dəfə fərqlənib.

“Sumqayıt” isə 8 komandalı çempionatların ən az qol vuran ikincisi adına şərikdir. Bu müddətdə daha üç dəfə qışadək 9 qol vuranlar olub.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM