Ayxan Abbasovun göndərilməsi daxildə NARAZILIQ yaratdı - Niyə o?

17 Dekabr 2021 23:00 Sumqayıt 1 154
Ayxan Abbasovun göndərilməsi daxildə NARAZILIQ yaratdı - Niyə o?

"Sumqayıt" rəhbərliyi Ayxan Abbasovla yolları ayırmasını dünən rəsmi olaraq ictimaiyyətə açıqladı.

Düzdü, "kimyaçılar" son dönəmlər "qara zolaq"dadır. Nəticələr ürəkaçan deyil və komanda avrokuboklar zonasından uzaqlaşmaqdadır.

Amma hər kəs onu da dəqiq bilirdi ki, bunun tək günahkarı gənc mütəxəssis deyil. Heyətin potensialı yüksək nəticələrə imkan vermirdi. Bundan başqa zədəlilər və cəzalıların çoxluğu da "Sumqayıt"ın bataqlığa yuvarlanmasına səbəb olan amillər arasındaydı.

Məhz sadaladıqlarımıza əsasən Abbasovun istefaya göndərilməsindən çox, kasad heyətin qış fasiləsində yeni transferlərlə genişləndiriləcəyi ehtimal edilirdi.

Amma rəhbərlik hamını təəccübləndirən "istefa" qərarına üstünlük verdi. Hamıya təkcə futbol camiyyəsi yox, həm də komandan çalışan işçilər, futbolçu heyəti də daxildir.

Ən əsas da futbolçular məlum qərarın şokunu yaşayır. Rəhbərliyin qərarından ciddi narazılıq var. Onlar da yaxşı bilirdilər ki, çoxunun normal futbolçu olmasında, üzə çıxmasında, mübarizə kollektiv ola bilmələrində Abbasovun zəhməti danılmazdır. Bundan sonrası necə olacaq? Cavab yoxdur. Ümumiyyətlə, başverənlərə izah tapmaqda çətinlik çəkən futbolçular "niyə o?" sualına cavab tapmağa çalışırlar.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti