“Klubdan ayrılmağımla bağlı təklif rəhbərlikdən gəldi, mən də qəbul etdim”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın sabiq baş məşqçisi Ayxan Abbasov deyib.
“Kimyaçılar” 40 yaşlı mütəxəssislə mövsümün sonuna qədər olan müqaviləyə dünən xitam verib. Buna səbəb cari mövsümdəki uğursuz çıxışıdır.
Komanda 14 turda topladığı 12 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Ayxan Abbasov 2018-ci ildən bəri “Sumqayıt”a başçılıq edib.
O, hələ bir müddət əvvəl iş yerini tərk etmək barədə düşündüyünü bildirib:
“Bu barədə çox danışmaq istəmirəm. Çünki indi istirahətə daha çox ehtiyacım var.
“Sumqayıt”da keçirdiyim illərin haqqını vermişəm. Müsbət nəticələrlə yadda qalmışam.
Ən əsası, sumqayıtlı azarkeşlər mənim barəmdə yaxşı fikirdədir. Onların mənim qəlbimdə öz yeri var. Saytınız vasitəsilə sumqayıtlı futbolsevərlərə bir daha özminnətdarlığımı bildirirəm.
Həmişə mənə dəstək oldular, yanımda oldular. Klubdan getməyənlərə məyus olanları gördüm. Elə bu, mənə kifayətdir.
Demək ki, işlədiyim illərdə insanların sevgisini qazana bilmişəm. Belə də ki, məşqçinin çemodanı həmişə yanında olmalıdır.
Bir gün gələn, bir gün də gedəcək. Heç kim olduğu yeri tutub qalmayacaq. İndi çox rahatam.
Allahın köməyi ilə “Zirə”dən sonra burada da uğur qazandım. Düzgün və təmiz çalışmışam. Odur ki, vicdanım sakitdir”.

