Premyer Liqada istefaya gətirib çıxaran son gün - FOTOREPORTAJ

17 Dekabr 2021 02:10 Sumqayıt 1 436
Premyer Liqada istefaya gətirib çıxaran son gün - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Keşlə" Sumqayıtda eyniadlı komandanın qonağı olub.

"Kapital Bank Arena"da oynanılan qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bakı klubunun heyətində qolları 37-ci dəqiqədə Pərviz Azadov, 47-ci dəqiqədə Rəhman Hacıyev və 80-ci dəqiqədə penaltidən Felipe Santos vurub. Meydan sahiblərindən isə 84-cü dəqiqədə Cəmaləddin Xocaniyazov fərqlənib.

Bu nəticədən sonra xallarını 14-ə çatdıran "Keşlə" 5-ci pilləyə yüksəlib. 12 xalı olan "Sumqayıt" isə 7-ci sıraya geriləyib.

Bu, Ayxan Abbasovun "Sumqayıt"ın baş məşqçi postunda sonuncu oyun olub. 40 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM